Şamaxıda daha bir zəlzələ oldu

Bu gün səhər saatlarında Şamaxıda zəlzələ olub.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.
Bildirilir ki, Pirqulu stansiyasından 13 km şimal-şərqdə Şamaxı rayonunda yerli vaxtla 06:40-da qeydə alınan zəlzələnin maqnitudası 3.2 olub. Ocağı 6 km dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.
Xatırladaq ki, ötən gün də Şamaxı rayonu ərazisində bir neçə dəfə yeraltı təkanlar baş vermişdi.
"Cebheinfo.az"