İranlı nazir Putinə Xameneyinin məktubunu aparır

İran xarici işlər nazirinin Rusiyaya gözlənilən səfərinin məqsədi İranın ali dini lideri Ayətullah Seyid Əli Xameneyinin Prezident Vladimir Putinə göndərdiyi yazılı məktubun çatdırılmasıdır.
“Cebheinfo.az” xəbər verir ki, “Mehr” agentliyi belə məlumat yayıb.
“Rusiyaya səfərimin məqsədi görüşüm zamanı Liderin Putinə yazılı məktubunu çatdırmaqdır”, - Əraqçi Nazirlər Kabinetinin iclası çərçivəsində jurnalistlərə belə deyib.
Bundan əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi Kani bildirib ki, Əraqçi bu həftənin sonunda əvvəlcədən razılaşdırılmış səfər çərçivəsində Rusiyaya səfər edəcək.
Aprelin 14-də Rusiyanın xarici işlər naziri Lavrovun Əraqçi ilə görüşəcəyi xəbəri təsdiqlənib.
Müşfiq Abdulla
“Cebheinfo.az”