AFFA "Neftçi" və "Kəpəz"i cərimələdi

AFFA "Neftçi" və "Kəpəz"i cərimələdi

AFFA "Neftçi" və "Kəpəz"i azarkeşlərinə görə cəzalandırıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

12.04.2025-ci il tarixində Misli Premyer Liqasında XXX turun “Sumqayıt” – “Şamaxı” oyununda “Şamaxı” klubunun fotoqrafı zonalar üzrə qaydanı pozduğuna görə “Sumqayıt” komandası 500 manat cərimə edilib.

13.04.2025-ci il tarixində Misli Premyer Liqasında XXX turun “Kəpəz” – “Araz-Naxçıvan” oyununda “Kəpəz” klubunun azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələrin səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Kəpəz” klubu 500 manat cərimə edilib.

13.04.2025-ci il tarixində Misli Premyer Liqasında XXX turun “Neftçi” – “Zirə” oyununda “Neftçi” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Neftçi” komandası 700 manat cərimə edilib.

13.04.2025-ci il tarixində Misli Premyer Liqasında XXX turun “Neftçi” – “Zirə” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən rəqib futbolçuya irqi mənsubiyyətinə görə təhqiramiz səslər çıxarıldığına görə “Neftçi” klubu 2000 manat cərimə edilib.

"Cebheinfo.az"