“Fənərbağça” sərvət qazanacaq

Türkiyənin “Fənərbağça” klubu yeni sponsorluq anlaşmasına imza atacaq.
“Cebheinfo.az” xəbər verir ki, İstanbul klubu ilə ABŞ-nin yoğurt şirkəti “Chobani” arasında əməkdaşlıq qurulacaq.
Razılaşmaya əsasən, şirkət “Fənərbağça”ya stadionun ad haqqı üçün illik 20 milyon avro ödəyəcək.İstanbul klubu 5 illik müqavilə sayəsində 100 milyon avro qazanacaq.
Maraqlıdır ki, sözügedən ABŞ şirkətinin sahibi Hamdi Ulukaya fanatik “Fənərbağça” azarkeşi olması ilə diqqət çəkir.
Onun klubun prezidenti Ali Koçun da yaxın dostu olduğu bilinir.
Yəni Hamdi Ulukaya kluba dəstək üçün bu addımı atdığı deyilir.
Elmir
“Cebheinfo.az”