Türkiyədə güclü zəlzələ baş verdi

Bu gün səhər saatlarında Türkiyənin Kahramanmaraş vilayətində zəlzələ qeydə alınıb.
"Cebheinfo.az" xəbər verir ki, Türkiyə Fövqəladə Hallar və Fövqəladə Halların Rəhbərliyi (AFAD) tərəfindən yayılan rəsmi məlumata görə, yerli vaxtla saat 06:04-də baş verən yeraltı təkanların episentri Nurhak rayonunda yerləşib.
Zəlzələnin gücü 4,1 bal olaraq ölçülüb və yerin 6,98 kilometr dərinliyində baş verdiyi müəyyən edilib. Yeraltı təkanlar təkcə Nurhak rayonunda deyil, ətraf bölgələrdə də hiss olunub. Qısa müddətli olsa da, əhali arasında narahatlıq və çaxnaşma yaradıb.
Hadisə nəticəsində xəsarət alan və ya ciddi dağıntı barədə məlumat verilməyib. Yerli idarə orqanları və AFAD əməkdaşları vəziyyəti nəzarətdə saxlayaraq, əhalini rəsmi məlumatlardan xəbərdar olmağa çağırıb.
Qeyd edək ki, Türkiyə seysmik aktiv bölgədə yerləşdiyi üçün bu cür təkanlar tez-tez baş verir və AFAD tərəfindən davamlı şəkildə izlənilir.
"Cebheinfo.az"