Kanadada partlayış: Ölü və yaralı var

Kanadada partlayış: Ölü və  yaralı var

Kanadanın Britaniya Kolumbiyası əyalətinin şimal-şərqində yerləşən Fort St. St Johns yaxınlığında boru kəmərinin partlaması nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.

"Cebheinfo.az" xəbər verir ki, səlahiyyətlilər partlayış xəbərindən sonra əraziyə tibbi qrupların və polisin göndərildiyini bildirib.

Yerli səhiyyə xidmətləri hadisə yerinə dörd təcili yardım maşınının göndərildiyini və yaralıların xəstəxanaya aparıldığını deyib.

Partlayışla bağlı araşdırmalara başlanılıb və qəsdən törədilməyə dair dəlillərinin olmadığı bildirilib.

Nigar Hacılı 
"Cebheinfo.az"