Millimiz Gürcüstana qalib gəldi

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Moldovanın paytaxtı Kişineuda təşkil olunan UEFA İnkişaf Turnirində ikinci oyununu keçirib.
"Cebheinfo.az" xəbər verir ki, Aqil Nəbiyevin başçılıq etdiyi yığma Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Moldova Futbol Federasiyasının Texniki Mərkəzində keçirilən görüş millimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. U-17-nin heyətində qələbə qolunu 10-cu dəqiqədə Pünhan Kərimov vurub.
Qeyd edək ki, Azərbaycan seçməsi turnir çərçivəsində son matçını aprelin 19-da, Bakı vaxtı ilə saat 12:00-da Estoniya yığmasına qarşı keçirəcək.
"Cebheinfo.az"