Viləş çayı daşıb: Ətraf ərazilərdən sel keçib
Masallıda Viləş çayı daşıb.
APA-nın cənub bürosunun verdiyi görə, ötən gecədən yağan intensiv leysan yağışları nəticəsində Masallıda Viləş çayında və ona birləşən kiçik çaylarda suyun səviyyəsi qalxıb. Nəticədə çay yatağından çıxıb, ətraf ərazilərdən qısamüddətli sel keçib.
Qeyd edək ki, bölgədə yağışlı hava davam edir.
"Cebheinfo.az"