Lyayen: “Qərb artıq əvvəlki formasında deyil”

Lyayen: “Qərb artıq əvvəlki formasında deyil”

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen aprelin 15-də "Die Zeit" qəzetinə verdiyi müsahibəsində bildirib ki, Qərb artıq əvvəlki formasında deyil. 

"Cebheinfo.az" xəbər verir ki, O, bu fikri “Avropa İttifaqı indi Qərb dünyasının yeni liderinə çevrilibmi?” sualına cavab olaraq səsləndirib.

“Bizim bildiyimiz formada Qərb artıq yoxdur. Dünya, hətta geosiyasi baxımdan, qlobusa çevrilib və bu gün dostluq əlaqələrimiz bütün dünyanı əhatə edir. Məsələn, gömrük rüsumları ilə bağlı müzakirələrdən bunu asanlıqla görmək olar”, - deyə fon der Lyayen vurğulayıb.

Brüssel və Vaşinqton arasında ayrılıq ehtimalı ilə bağlı sualına cavab verən fon der Lyayen, ikitərəfli dostluğun davam edəcəyinə inandığını bildirib və özünü “ABŞ-nin böyük dostu və həmişə atlantist” olaraq təsvir edib. Eyni zamanda, o, digər tərəfdaşlarla münasibətləri gücləndirməyin vacibliyini də qeyd edib.

Səbinə Uğur
"Cebheinfo.az"