Rəşad Sadiqov cəzalandırıldı

AFFA İntizam Komitəsi Azərbaycan millisinin sabiq üzvü, hazırda "Qarabağ"ın U-17 komandasına baş məşqçilik edən Rəşad Sadiqovu cəzalandırıb.
"Cebheinfo.az" xəbər verir ki, qurumun bugünkü iclasında belə qərar qəbul edilib.
U-17 liqasında keçirilən "Zirə" – "Qarabağ" oyununun 78-ci dəqiqəsində qonaqların baş məşqçisi Rəşad Sadiqov rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə alıb. O, bu səbəbdən 5 oyunluq cəzalandırılıb.
R.Sadiqov ötən ilin yayından "Qarabağ" U-17-ni çalışdırır.
"Cebheinfo.az"