Serialın çəkilişi zamanı yanğın çıxdı: Ölən var

Serialın çəkilişi zamanı yanğın çıxdı: Ölən var

Türkiyənin "Now TV" telekanalının "Şakir Paşa Ailesi" serialının çəkiliş meydançasında növbəti dəfə yanğın baş verib.

"Cebheinfo.az" xəbər verir ki, nəticədə faciə yaşanıb.

Çəkiliş meydançasında yayım meneceri Serkan Sükyan dumanın təsirindən infarkt keçirərək dünyasını dəyişib. Faciənin ardından aktyor heyəti çəkiliş meydançasından təxliyə olunub.

Qeyd edək ki, daha əvvəl də "Şakir Paşa Ailesi" serialının çəkiliş meydançasında yanğın baş vermişdi. 

Elmir
"Cebheinfo.az"