20 il sonra birlikdə çəkiləcəklər

Türkiyənin "Star" telekanalının iddialı seriallarından olan "Kral Kaybederse"nin heyətinə daha bir məşhur qatılıb.
"Cebheinfo.az" xəbər verir ki, Ayten Uncuoğlu da ekran işində rol alacaq.
O, 10-cu bölümdə qonaq olacağı layihədə "Mukadder" obrazına həyat verəcək.
Beləliklə, Halite Ergenç və Ayten Uncuoğlu 20 il sonra yenidən birlikdə çəkiləcəklər.
Sənətçilər 2004-2006-cı illərdə yayımlanan unudulmaz "Aliye" serialında çəkilmişdilər. Sözügedən ekran işində Halit Ergenç "Sinan", Ayten Uncuoğlu isə onun anası "İkbal" obrazını canlandırırdı.
Elmir Mustafa
"Cebheinfo.az"