Yeni klipində Ququşa da yer verdi - VİDEO

İngilis müğənni Ed Şiran "Əzizəm" musiqisi üçün çəkilən yeni klipini yayımlayıb.
"Cebheinfo.az" Modern.az-a istinadən xəbər verir ki, İran əsilli amerikalı kinorejissor Saman Keşin rejissorluğu ilə çəkilən klipdə fars mədəniyyətinə məxsus bir çox elementlər yer alıb.
Klipin sonunda İranəsilli azərbaycanlı müğənni Ququş da görünüb.
Gerçək adı Faiqə Atəşin olsa da, tamaşaçılar onu məlahətli səsi, gözəlliyi və artistlik qabiliyyəti ilə insanları valeh edən Ququş kimi tanıyırlar. Ququşun valideynləri Sovet Azərbaycanından İrana gəlmiş mühacir ailəsinə mənsub idi. Atası Sabir İbrahim oğlu Atəşin (1926 – 1988) əslən Bakıdan, anası Nəsrin Sübhi qızı Nuri (1932- 2003) isə Gəncə şəhərindən olub.
"Cebheinfo.az"