14 il əvvəl vəfat edən aktrisa filmə çəkilir

14 il əvvəl vəfat edən aktrisa filmə çəkilir

Türkiyənin əfsanəvi uşaq seriallarından olan "Sihirli Annem" illər sonra film olaraq yenidən çəkilir.

"Cebheinfo.az" xəbər verir ki, filmdə izləyicilər üçün sürpriz də olacaq.

Belə ki, 14 il əvvəl vəfat edən aktrisa Defne Joy Foster də süni intellekt dəstəyi ilə layihədə rol alacaq. Süni intellekt sayəsində onun bəzi səhnələrdə yer alacağı açıqlanıb.

Qeyd edək ki, filmdə İnci Türkay, Şahap Sayılgan, Nevra Serezli, Gül Onat, Ayşen İnci, Süeda Çil, Jess Molho, Tiraje Başaran, Damla Ersubaşı, Jennifer Boyner, Gizem Güven və Zeynep Özkaya çəkiləcək.

Elmir
"Cebheinfo.az"