40 yaşlı həkim 15 nəfərin ölümündə günahlandırılıb

Almaniyanın paytaxtı Berlində palliativ baxım mərkəzində işləyən həkim ən azı 15 nəfərin ölümündə günahlandırılıb.
"Cebheinfo.az" Almaniyanın DPA xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə Berlin prokurorluğu məlumat yayıb.
Bildirilib ki, Berlində həbsdə olan 40 yaşlı həkimin əlavə araşdırmalardan sonra əvvəllər düşünüldüyündən daha çox insanı öldürdüyünə inanılır.
Qeyd olunub ki, həkim hazırkı istintaq çərçivəsində azı 15 nəfərin ölümündə şübhəli bilinir və həkimə qarşı “qətl” maddəsi ilə cinayət işi açılıb.Məlumatda həkimin 2024-cü ilin avqustundan 4 nəfəri öldürdüyünə görə həbsdə olduğu vurğulanıb.
Lakin məzarların açılmasından sonra məhkəmə-tibb ekspertlərinin apardığı müayinələr nəticəsində həkim tərəfindən öldürülənlərin sayının əvvəlcə 8-ə, daha sonra 10-a, indi isə 15-ə yüksəldiyi xəbərlərdə vurğulanıb və araşdırmaların davam etdiyi və bu rəqəmin arta biləcəyi vurğulanıb.
Hesabatda qeyd olunub ki, Berlin Cinayət Departamentinin adam öldürmə qrupunda olan istintaq qrupu həkimin xəstələri ilə bağlı sənədləri araşdırmaqda davam edir və eyni zamanda qayğı xidmətləri göstərən şirkətlərdən gələ biləcək hər hansı bildirişləri də qiymətləndirir.
Həkimin 2021-ci ilin sentyabrından 2024-cü ilin iyuluna qədər bir sağlamlıq şirkətində işləyərkən yaşları 25-94 arasında olan 15 nəfəri öldürdüyü iddia edilir.
Xəstələrə “tibbi əsaslandırma olmadan öldürücü dərman qarışığı” iynəsi vuraraq öldürməkdə ittiham olunan həkimin cinayətləri ört-basdır etmək üçün bəzi hallarda yanğınlar törətdiyi iddia edilir.
Nigar Hacılı
"Cebheinfo.az"