“Bomj” içki mağazasından aldığı biletlə milyon qazandı

“Bomj” içki mağazasından aldığı biletlə milyon qazandı

ABŞ-nin Kaliforniya ştatında yaşayan evsiz bir kişi içki mağazasından aldığı lotereya bileti ilə 1 milyon dollar udub. 

“Cebheinfo.az”-ın məlumatına görə, kimliyi açıqlanmayan qalib bileti illərdir müştərisi olduğu mağazadan alıb.

Mağaza müdiri Vilson Samaan hadisə ilə bağlı belə deyib:

“O, mağazaya gəldi, bileti qazıdı və dedi: "Aman Allah, bu həqiqətdirmi? Dostum, mən artıq evsiz deyiləm!" Mən də ona "Dostum, sən cekpotu vurmusan!", - dedim”.

Əvvəlcə 100 000 dollar qazandığını düşünən kişi əslində 1 milyon dollar uduş əldə etdiyini mağaza müdirindən öyrənib. Daha sonra Samaan onu mükafatı almaq üçün Fresno şəhərinə aparıb. Qalib bu qələbənin həyatını tamamilə dəyişdiyini bildirib.

O, artıq yaşadığı ərazidə bir ev və avtomobil almaq üçün ilkin ödəniş edib. Kaliforniya Lotereyasının məlumatına görə, evsiz adamın biletdən 1 milyon dollar qazanma ehtimalı 2047423-də 1-dir. 

Əfsanə Rəcəb 
"Cebheinfo.az"