Ronaldo kariyerası ilə bağlı qərar verib

Ronaldo kariyerası ilə bağlı qərar verib

Kriştiano Ronaldo futbol kariyerası ilə bağlı qərara gəlib. 40 yaşlı portuqaliyalı dünya ulduzu hazırki klubu “Əl Nəsr”lə 2 illik yeni müqavilə imzlayacaq.

"Cebheinfo.az" Yenisabah.az-a istinadən xəbər verir ki, Ronaldonun Səudiyyə Ərəbistan klubu ilə müqaviləsi bu ilin yayında bitir.

Futbolçu komandasında xoşbəxt olduğunu bildirərək, daha 2 il “Əl Nəsr”də qalacağını deyib.

Ronaldo “Əl Nəsr”in heyətində illik 200 milyon avro qazanır. O, komandası ilə çıxdığı 35 oyunda 32 qol və 4 assistlə yadda qalıb.

"Cebheinfo.az"