İran XİN Argentinaya etiraz notası verib

İran XİN Argentinaya etiraz notası verib

Argentinanın Tehrandakı müvəqqəti işlər vəkili Xorxe Mariano Cordan İran Xarici İşlər Nazirliyinə (XİN) çağırılaraq rəsmi Buenos Ayresin İslam Respublikası rəsmilərinə qarşı irəli sürülən son ittihamlarla bağlı etiraz bildirilib.

"Cebheinfo.az" xəbər verir ki, məlumatı “Mehr” agentliyi yayıb.

Bildirilib ki, İran Xarici İşlər Nazirliyinin Amerika ölkələri üzrə baş direktoru İsa Kameli müvəqqəti işlər vəkilinə İran İslam Respublikasının etirazını bildirən rəsmi notanı təqdim edib.

Baş direktor rəsmi Tehranın Argentina məhkəmə sistemi və rəsmi hakimiyyət orqanları tərəfindən İranın dövlət məmurlarına qarşı irəli sürülən əsassız ittihamları rədd etdiyini və pislədiyi bildirib.

Qeyd edk ki, Argentina Məhkəməsi 1994-cü ildə paytaxt Buenos Ayres şəhərində Yəhudi Mədəniyyət mərkəzinin partladılmasında İslam Respublikasının yüksək vəzifəli şəxslərini ittiham ilə bağlı qərar çıxarıb. 

Argentina prokuroru Sebastyan Basso, İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin həbs olunması ilə bağlı federal məhkəməyə müraciət edib.

1994-cü ildə Buenos Ayresdə baş vermiş və 85 nəfərin həyatına son qoymuş terror aktı ilə bağlı araşdırmalar yeni mərhələyə keçib. Argentina prokuroru Sebastyan Basso İranın ali lideri ayətullah Əli Xameneinin həbs olunması üçün federal məhkəməyə müraciət edib.

Xatırladaq ki, bir neçə il öncə Argentina Federal Məhkəməsinin hakimi Rodolfo Korral ayətullah Seyid Əli Xaməneinin beynəlxalq məsələlər üzrə müşaviri, ölkənin sabiq xarici işlər naziri Əliəkbər Vilayətinin həbsi ilə bağlı Rusiyaya sorğu göndərib. Həmin tarixdə Vilayəti Moskvada səfərdə olub.

1994-cü ildə törədilən partlayış nəticəsində 85 nəfər ölmüş, 300 nəfər yaralanmışdı.

"Cebheinfo.az"