ABŞ Ukraynaya qarşı yumşalır iddiası: Kiyev üçün fürsət?

ABŞ Ukraynaya yardımın ödənilməsi ilə bağlı tələbləri azaldıb.
"Cebheinfo.az" "Bloomberg News"-a istinadən xəbər verir ki, ABŞ Ukrayna ilə iqtisadi razılaşma çərçivəsində Kiyevdən yardımın ödənilməsi ilə bağlı tələblərini yumşaldıb.
Bildirilir ki, ötən həftə Vaşinqtonda keçirilən danışıqlardan sonra ABŞ administrasiyası Ukraynaya göstərilən yardımın dəyərini 300 milyard dollardan 100 milyard dollara endirib.
Bu yardım Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan sonra göstərilmişdi.
Qeyd olunur ki, bu addım ABŞ Prezidenti Donald Trampın administrasiyası tərəfindən atılıb və Ukrayna ilə iqtisadi əməkdaşlığın davam etməsinə şərait yaratmaq məqsədi daşıyır.
Səbinə Uğur
"Cebheinfo.az"