“Kazinolar kraliçası” öldü: 2,5 milyard sərvəti qaldı

“Kazinolar kraliçası” öldü: 2,5 milyard sərvəti qaldı

"Mirage Resorts" və "Wynn Resorts"un həmtəsisçisi, məşhur milyarder Elayn Vin 82 yaşında vəfat edib.

“Cebheinfo.az”ın “Forbes”-ə istinadla verdiyi xəbərə görə, onun sərvəti 2,5 milyard dollar dəyərində qiymətləndirilir.

Onun ölüm səbəbi hələlik açıqlanmayıb.

Las-Veqasın transformasiyasında mühüm rol oynamış Vin keçmiş həyat yoldaşı Stefanla  birlikdə Las Vegas Strip-də bir çox məşhur otelin açılmasında iştirak edib.

Sənət dünyasında da tanınan Vin dəyərli əsərlərdən ibarət zəngin kolleksiyanın sahibi idi. Təhsil və mədəniyyət sahələrinə etdiyi ianələrlə tanınan milyarder eyni zamanda bir sıra xeyriyyə layihələrinə rəhbərlik edib.

Onun vəfatı ilə bağlı biznes və sənət cameəsində çoxsaylı başsağlığı mesajları yayımlanıb.

Əfsanə
"Cebheinfo.az"