Venesuela səfiri “ASAN xidmət”də

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Venesuela Bolivar Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kristofer Alberto Martinez Berroteran ilə görüşüb.
"Cebheinfo.az" xəbər verir ki, qonağa Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” və Dövlət Agentliyinin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.
Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.
Görüş zamanı qonağa həmçinin sosial innovasiyalar sahəsində həyata keçirilən işlər barədə ətraflı məlumat verilib.
Bildirilib ki, bu günədək 85 milyona yaxın vətəndaş müraciəti qeydə alınıb.Səfir “ASAN xidmət” modelinin onda yüksək təəssürat yaratdığını və bu təcrübənin Venesuela tərəfi ilə paylaşılması üçün əməkdaşlıq niyyətində olduqlarını bildirib.
Qonaq “ASAN xidmət” mərkəzinin, Səyyar ASAN xidmətin, "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin fəaliyyəti ilə də yaxından tanış olub.
Sonda qonağa “ABAD”çı tərəfindən hazırlanmış xatirə hədiyyəsi təqdim olunub.
Nigar
"Cebheinfo.az"