Kanada vətəndaşlarına səyahət xəbərdarlığı etdi

Kanada Universitet Müəllimləri Assosiasiyası (CAUT) akademiklərə ABŞ-yə "lazımsız" səyahətlərdən çəkinmələri barədə xəbərdarlıq edib.
"Cebheinfo.az" xəbər verir ki, CAUT öz saytında "Akademiklər sərhədləri keçərkən elektron cihazlarında hansı məlumatlara sahib olduqlarını və ya olması lazım olduğunu diqqətlə nəzərdən keçirməli və lazım olduqda həssas məlumatları qorumaq üçün tədbirlər görməlidirlər" - bəyanatı verilib.
Məlumatda ABŞ-də "sürətlə inkişaf edən siyasi mənzərə" və sərhədi keçməkdə qarşılaşılan çətinliklər səbəbindən akademiklərə ölkəyə yalnız əsas məqsədlər üçün səfər etmələri tövsiyə edilib.
Bəyanatda bəzi akademiklərin səyahət xəbərdarlığına “xüsusi diqqət yetirmələri” lazım olduğu bildirilib və buna misal olaraq “Mövcud ABŞ administrasiyasının siyasətləri haqqında mənfi fikirlər ifadə edənlər” və “araşdırmaları ABŞ administrasiyasının mövqeyinə zidd görünə bilənlər” göstərilib.
CAUT-un saytındakı məlumata görə, assosiasiya 72.000-dən çox akademik, kitabxanaçı və tədqiqatçıları təmsil edir.
Ölkə mediasındakı xəbərlər, ABŞ Gömrük və Sərhəd Mühafizəsi məlumatlarının keçən ilin eyni ayında ölkəyə daxil olanlarla müqayisədə 2025-ci ilin mart ayında Kanadadan ölkəyə daxil olanların sayında təxminən 32 faiz azalma olduğunu göstərdi.
Nigar Hacılı
"Cebheinfo.az"