Çempionlar Liqasında iki yarımfinalçı məlum oldu

Ötən gecə UEFA Çempionlar Liqasında 1/4 finalın iki cavab oyunu keçirilib.
Modern.az xəbər verir ki, bu oyunlar sayəsində 2 yarımfinalçı məlum olub.
"Aston Villa" (İngiltərə) PSJ-ni (Fransa) qəbul edib. İngilislər 3:2 hesablı qələbə qazansa da, ilk görüşdə 1:3 hesabı ilə uduzduğuna görə, mərhələ adlayan tərəf PSJ olub.
"Barselona" (İspaniya) isə 1 həftə əvvəl 4:0 hesabı ilə qalib gəldiyi "Borussiya"nın (Dortmund, Almaniya) qonağı olub. "Borussiya" 3:1 hesabı ilə qalib gəlsə də, "Barselona" adını yarımfinala yazdırıb.
1/2 finalda PSJ "Arsenal" (İngiltərə) - "Real" (İspaniya) cütünün güclüsü ilə, "Barselona" isə "Bavariya" (Almaniya) - "İnter" (İtaliya) duelinin qalibi ilə qarşılaşacaq.
15 aprel
"Aston Villa" (İngiltərə) - PSJ (Fransa) - 3:2
İlk oyun - 1:3
"Borussiya" (Dortmund, Almaniya) - "Barselona" (İspaniya) - 3:1
İlk oyun - 0:4
16 aprel
23:00. "Real" (İspaniya) - "Arsenal" (İngiltərə)
23:00. "İnter" (İtaliya) - "Bavariya" (Almaniya)
Yarımfinal cütləri:
"Arsenal" (İngiltərə) - "Real" (İspaniya) / PSJ (Fransa)
"Bavariya" (Almaniya) - "İnter" (İtaliya) / "Barselona" (İspaniya)
"Cebheinfo.az"