ABŞ qoşunlarını Suriyadan çıxarır

ABŞ qoşunlarını Suriyadan çıxarır

ABŞ təhlükəsizlik rəsmiləri İsrail kəşfiyyat rəsmilərinə qoşunların iki ay ərzində Suriyadan mərhələli şəkildə çıxarılmasına başlanacağı barədə məlumat verib.

“Cebehinfo.az” bu barədə “Ynet”-ə istinadən xəbər verir.

Mənbənin sözlərinə görə, İsrailin Amerika hərbçilərinin Suriyada qalması üçün Vaşinqtona təzyiq göstərmək cəhdləri uğurlu olmayıb.

BBC isə yazır ki, 2024-cü ilin dekabrında Pentaqon Suriyada 2000-ə yaxın Amerika hərbçisinin olduğunu bildirib.

Donald Trampın Ağ Evə qayıtmasından sonra qoşunların çıxarılması sürpriz olmamalıdır.

“Ynet” qeyd edir ki, ABŞ Prezidenti Tramp uzun müddətdir administrasiyasının təcrid doktrinasına uyğun olaraq Amerika qoşunlarını regiondan çıxaracağına söz verib.

Xəzər
“Cebheinfo.az”