Əlikramın Rusiyadakı arvadları: “Yalvardı ki, Xoşqədəm, nə olar...”

Əlikramın Rusiyadakı arvadları: “Yalvardı ki, Xoşqədəm, nə olar...”

Əlikram Bayramovla Xoşqədəm Hidayətqızının dialoqu sosial şəbəkələrdə gündəm olub.

"Cebheinfo.az" pravda.az-a istinadən xəbər verir ki, aparıcı müğənninin Əlikramın “Mənə Rusiyadan çox arvad tapıb gətirmisən” sözündən sonra bütün arxivi açıb-töküb.

Xoşqədəm Hidayətqızı bildirib: “Uşaqların gəlmişdi. Mənə yalvarırdın ki, efirə çıxarma. Birini 2013-cü ildə Moskvadan gətirmişdim. Əlikram yalvardı ki, Xoşqədəm, nə olar, evimdə söz-söhbət düşəcək. Əməkdaşlarımızdan xahiş edirəm".

“Səni axtarıram”ın 15 illiyində Moskvadakı Yuliyanı gətirin” sözlərinə isə Əlikram belə deyib:

“Heç nədən qorxmuram, kişi qorxaq olmaz. Xoşqədəm tapmamış uşaqları gətirim, çünki o, dərinə gedəcək”.

Efirdə qonaq olan Əlikram Bayramovun oğlu isə onların söhbətinə belə reaksiyasını verib:

“Mən narahat deyiləm, hər şeyi adıma keçirmişəm, atamın adına bircə maşın qalıb. Maşını nə edim? Şükür Allaha, maşınım da var”.

"Cebheinfo.az"