“Ukraynaya bir silah və ya bir əsgər belə göndərməyəcəyik”

“Ukraynaya bir silah və ya bir əsgər belə göndərməyəcəyik”

Macarıstan Avropa İttifaqının (Aİ) hərbi planlarına, o cümlədən Ukraynaya silah tədarükü üçün 40 milyard avro ayrılmasına qarşıdır.

Bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.

“Biz müharibə tərəfdarı olan heç bir təklifi dəstəkləməmişik və dəstəkləməyəcəyik də. Biz Ukraynaya bir silah və ya bir əsgər göndərməyəcəyik, hətta onu məsləhətçi adlandırsalar belə”, - diplomat bildirib.

Bundan əlavə, Siyarto Aİ ölkələrinin Ukraynanı dəstəkləmək üçün yeni təşəbbüslərini “Avropa İttifaqının uzaqgörən və uğursuz siyasətinin” davamı adlandırıb. O, həmçinin bəyan edib ki, Ukrayna ərazisinə hərbi müşavirlərin göndərilməsini qırmızı xətt hesab edir. Siyartonun sözlərinə görə, bu, münaqişənin Avropaya doğru yayılması ilə nəticələnə bilər.

"Cebheinfo.az"