"Zirə"nin futbolçusu sıradan çıxıb: Azı 3 həftə oynamayacaq

"Zirə"nin futbolçusu sıradan çıxıb: Azı 3 həftə oynamayacaq

"Zirə"nin futbolçusu David Volkov zədə səbəbindən 3 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadə məlumat verib.

O, Misli Premyer Liqasının XXX turunda, "Neftçi" ilə keçirilən oyununun (4:2) 64-cü dəqiqəsində rəqib futbolçu Ervin Koffi ilə toqquşaraq sifətindən xəsarət alıb.

Qeyd edək ki, aldığı zədədən sonra qarşılaşmanı davam etdirə bilməyən David Volkov 66-cı dəqiqədə Georgi Papunaşvili ilə əvəzlənib.

"Cebheinfo.az"