Castin Timberleykin Bakı konsertinin biletləri artıq satışdadır

Nəhayət, çoxdan gözlənilən an gəlib çatdı! Castin Timberleyk “The Forget Tomorrow” dünya turu çərçivəsində ilk dəfə olaraq Azərbaycanlı izləyicilərinin qarşısında çıxış edəcək!
iTicket Production və Dream Group İnternational şirkətlərinin təşkilati dəstəyi ilə keçiriləcək tədbirin biletləri artıq satışdadır.
27 iyul 2025-ci il tarixində Bakı Olimpiya Stadionunda baş tutacaq konsertin biletlərini rəsmi iTicket.az saytı, mobil tətbiqi və şəhərin bütün kassalarından əldə edə bilərsiniz.
Dünyanın ən tanınmış pop ifaçılarından biri olan Castin Timberleyk musiqi, kino və şou-biznes sahəsində çoxşaxəli fəaliyyəti ilə seçilir. O, həmçinin aktyorluq, prodüserlik və biznes sahəsində də uğurları ilə tanınır.
Castinin uğurları təkcə musiqi ilə məhdudlaşmır. 10 “Grammy”, 4 “Emmy” və “Can’t Stop the Feeling!” hitinə görə “Oskar” nominasiyasına layiq görülən ifaçı dünya üzrə musiqi sıralamalarını titrədərək milyonların sevimlisinə çevrilib. O, həmçinin bir çox Hollivud filmlərində aktyor kimi uğurla çıxış edib.
Əgər siz də bu unudulmaz axşamın bir parçasına çevrilmək istəyirsinizsə, biletləri əldə etməyə tələsin!
"Cebheinfo.az"