ABŞ-də qəribə hadisə: 12 il əvvəl ayrıldığı...

ABŞ-də qəribə hadisə: 12 il əvvəl ayrıldığı...

ABŞ-nin Cənubi Karolina ştatında yaşayan beş uşaq anası Treysi, 12 il əvvəl ayrıldığı sevgilisinin evinin tavan arasında yaşadığını öyrənəndə dəhşətə gəlib.

“Cebheinfo.az” xəbər verir ki, gecə saatlarında evin tavanından güclü bir səs eşidən Treysi, daha sonra yataq otağının tavanından mismarların yerə töküldüyünü görüb. Baş verənlər onu qorxudub və əvvəlcə bunu fövqəltəbii bir hadisə hesab edib.

Ailə üzvləri tavan arasını yoxladıqda, orada gizlənən şəxsin Treysinin illər əvvəl ayrıldığı və həbsdən yeni çıxmış keçmiş sevgilisi olduğu məlum olub.

Belə ki, Treysi keçmiş sevgilisi həbsdə olarkən onunla məktublaşırmış. Kişi dəyişdiyini və peşman olduğunu deyib, lakin Treysi ona ikinci şans verməkdən qəti şəkildə imtina edib. Buna baxmayaraq, keçmiş sevgilisi onu təqib etməyə davam edib.

Treysinin oğulları və bacısı oğlu tavan arasındakı adamı gördükləri zaman şok yaşayıblar.

Onlar bildirib ki, o, köhnə gödəkçələri və paltoları istilik sisteminin içinə doldurub və orada yatırmış.

Lakin həmin şəxs polis gəlməmişdən az əvvəl evdən qaçmağa nail olub. Həmçini gizlənən şəxs təbii ehtiyaclarını qarşılamaq üçün böyük stəkanlardan istifadə edib və həmin stəkanlar nəcis və sidiklə dolu halda tapılıb.

Əlavə olaraq, o, tavan arasındakı havalandırma borularını dəyişdirərək aşağıya, yəni Treysinin olduğu otağa baxa biləcəyi formada düzəldib.

Treysi keçmiş sevgilisinin onu gizlicə izlədiyini öyrəndikdə narahatlığını gizlədə bilməyib.

Əfsanə Rəcəb
“Cebheinfo.az”