AMEA-da yeni şöbə yaradıldı

Azərbaycan Milli Elmlər Akademiyasında yeni şöbə yaradılıb.
Bu barədə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun arxivindən tapılmışdır. Müsahibəmizdə institutun direktoru professor Nadir Məmmədli məlumat verib.
Belə ki, Dilçilik İnstitunda Kompüter Dilçiliyi şöbəsinin texniki bazası əsasında Süni İntelekt və Kompüter Dilçilik şöbəsi yaradılıb.
O qeyd edib ki, Şöbənin yaradılması bu gün Elmlər Akademiyasının Rəyasət Heyəti tərəfindən təsdiq olunub.
Şöbənin əsas məqsədi Azərbaycan dilinin riyazi-statistik metodlar və kompüterlər vasitəsilə öyrənilməsi, süni intellekt və maşın tərcüməsi problemləri, statistik və elektron lüğətlərin tərtibi məsələləri, klassiklərin və abidələrin dilinin riyazi- statistik metodlarla tədqiqi, təbii dilin emalı, təhlil və sintez alqoritmlərinin tərtibi, korpus dilçiliyi, Azərbaycan dilinin milli korpusunun yaradılması, Azərbaycan dilinin internet məkanında geniş istifadəsinin təmin edilməsi üçün linqvistik-tətbiqi texnologiyaların hazırlanması hesab olunur.
"Cebheinfo.az"