Tramp danışıqlardan imtina etdi: “Maharibə” davam edəcək

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Avrop hər il çox pul ödəməsə, Amerika tarif dəyişiklikləri ilə bağlı onunla danışıqlar aparmayacaq.
“Cebheinfo.az” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Air Force One” təyyarəsində jurnalistlərə açıqlamasında deyib.
ABŞ Prezidenti bildirib ki, Avropa danışıqlar masasına oturmaq istəyir:
“Lakin onlar hər il bizə çoxlu pul ödəməyə başlayana qədər bu baş verməyəcək. İlk növbədə bu gün, həm də keçmiş üçün, çünki onlar bizim sərvətimizdən çoxunu alıblar və biz buna daha imkan verməyəcəyik”.
“Birləşmiş Ştatlar ticarətdə 1,9 trilyon dollar itirə bilməz. Xüsusilə Avropa ölkələrini qorumaq üçün NATO-ya külli miqdarda pul xərcləyərkən biz buna yol verə bilmərik. Biz onları hərbi cəhətdən qoruyuruq, lakin eyni zamanda ticarət itkilərinə məruz qalırıq", - Tramp əmindir.
Xəzər
“Cebheinfo.az”