Dəvəquşu keçmiş baş nazirin əlini dişlədi - FOTOLAR

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson ailəsi ilə birlikdə ABŞ-nin Texas ştatındakı safari parkında maraqlı hadisə ilə üzləşib.
"Cebheinfo.az" Musavat.com-a istinadən xəbər verir ki, o, avtomobilin pəncərəsindən dəvəquşu yemləmək istəyərkən heyvan qəfildən əlini dişləyib.
Hadisə Consonun həyat yoldaşı Kerri Conson tərəfindən lentə alınıb və sosial şəbəkədə paylaşılıb. Videoda Consonun həyəcanla geri çəkildiyi, oğulları Uilfredin isə bu anlara güldüyü görünür.
Video sosial mediada qısa zamanda geniş maraq doğurub və istifadəçilər tərəfindən əyləncəli şərhlərlə qarşılanıb.
Sözügedən görüntüləri təqdim edirik.
"Cebheinfo.az"