Təyyarə göydən yola düşdü

Təyyarə göydən yola düşdü

Cənubi Amerika ölkəsi Braziliyada təyyarə magistral yolda məcburi eniş edib.

"Cebheinfo.az" xəbər verir ki, təyyarənin təcili eniş etməsinə səbəbi mühərrikin nasazlığı olub.

Qeyd olunub ki, təyyarədə pilot Mateus Renan Kalado (29) və təyyarənin sahibi, iş adamı Valdemiro Xose Minella (71) olub.

Səlahiyyətlilər Kaladonun təyyarəni uğurla endirdiyini və qəzada heç kimin xəsarət almadığını bildiriblər.

Nigar Hacılı 
"Cebheinfo.az"