Veteranın ikimərtəbəli evi külə döndü- FOTO

Veteranın ikimərtəbəli evi külə döndü- FOTO

Biləsuvarın Günəşli kəndində ikimərtəbəli ev yanıb.

"Cebheinfo.az" xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, yanğına səbəb qısaqapanma olub.

Nəticədə I Qarabağ müharibəsi veteranı Tağı Qasımova məxsus ikimərtəbəli, 6 otaqlı ev külə dönüb.

Yanğınsöndürənlərin səyi nəticəsində alovun ətraf ərazilərə keçməsinin qarşısı alınıb.

Ev sahibi T. Qasımovun həyat yoldaşı Ruhəngiz Qasımova bildirib ki, hadisə zamanı evdə heç kəs olmayıb: “İşdə olarkən zəng edib xəbər verdilər ki, eviniz yanır. Mənzildən heç nə çıxarmaq mümkün olmadı, bütün sənədlər və əşyalar hamısı kül oldu. Yoldaşım veterandır, oğlum isə 3 aydan sonra hərbi xidmətə yollanacaq. Qalmağa yerimiz yoxdur, istərdik bizə kömək olunsun”.

"Cebheinfo.az"