Tramp administrasiyası iyunda hərbi parad keçirməyi planlaşdırır

ABŞ Prezidenti Donald Trampın administrasiyası iyunun 14-də Amerika paytaxtında hərbi parad keçirməyi planlaşdırır.
Bu barədə “The Hill” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, tədbir ABŞ quru qoşunlarının 250 illiyinə və Trampın doğum gününə təsadüf edəcək. Belə ki, iyunun 14-də onun 79 yaşı tamam olacaq.
“Washington City Paper”in məlumatına görə, Pentaqondan Ağ Evə qədər parad iştirakçılarının düzülüşünün 6 km-dən çox uzanacağı gözlənilir.
Qeyd edək ki, Tramp ABŞ prezidenti kimi ilk müddətində Vaşinqtonda genişmiqyaslı hərbi parad təşkil etmək niyyətində olduğunu açıqlamışdı.
"Cebheinfo.az"