Qocalar evində dir-diri yandılar

Qocalar evində dir-diri yandılar

ABŞ-nin Massaçusets ştatında qocalar evində baş verən yanğın nəticəsində 9 nəfər həyatını itirib.

"Cebheinfo.az" xəbər verir ki, Massaçusets Yanğınsöndürmə İdarəsinin verdiyi açıqlamaya görə, ştatın Fall River bölgəsindəki qocalar evində yerli vaxtla saat 22:00 radələrində yanğın baş verib.

Təxminən 70 nəfərin yaşadığı müəssisədə baş verən yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb, lakin 9 nəfərin həyatını itirdiyi açıqlanıb.

Yanğından xilas edilən bəzi sakinlərin xəstəxanaya yerləşdirildiyi, 5 yanğınsöndürənin isə yüngül xəsarət aldığı bildirilib.

Nigar Hacılı 
"Cebheinfo.az"