Rusiya Odessanı atəşə tutub: Ölənlər var

Rusiya Odessanı atəşə tutub: Ölənlər var

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Odessa şəhərini raket atəşinə tutması nəticəsində üç nəfər ölüb, daha üç nəfər isə yaralanıb.

Bu barədə Odessa vilayət hərbi administrasiyasının sədri Oleh Kiper teleqramda bildirib.

Onun sözlərinə görə, Rusiya ordusu şəhərə ballistik raketlərlə hücum edib:“Hücum nəticəsində üç nəfər ölüb, daha üç nəfər yaralanıb. Yaralılara bütün lazımi tibbi yardım göstərilir. Mülki infrastruktura ziyan dəyib”.

Xatırladaq ki, Rusiya Silahlı Qüvvələrinin 1 milyona yaxın əhalisi olan Odessa şəhərinə sonuncu hücumu aprelin 29-da olub. Həmin hücum nəticəsində 5 nəfər ölmüş, 23 nəfər yaralanmışdı.

"Cebhe.info"