Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyi düşünür

Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyi düşünür

 ABŞ Prezidenti Donald Trampın administrasiyası Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyi planlaşdırır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Wall Street Journal” Dövlət Departamentinin keçmiş yüksəkvəzifəli məmuru Deniel Fridə istinadən məlumat yayıb.

Bildirilib ki, ABŞ Dövlət Departamenti və Maliyyə Nazirliyi anti-Rusiya sanksiyalarının sərtləşdirilməsi variantlarını öyrənir. Belə ki, Amerika lideri Rusiyanın Ukraynadakı münaqişənin həllində maraqlı olmadığına inandığı halda departamentlər bu variantı nəzərdən keçirəcək.

Qeyd edək ki, aprelin 12-də Tramp Rusiyaya qarşı ABŞ-nin keçmiş Prezidenti Co Baydenin təqdim etdiyi sanksiyalar paketinin müddətinin bir il uzadılması barədə Fərman imzalayıb.

"Cebheinfo.az"