Ruslar ən çox hansı ölkəyə səyahət edirlər?

May bayramlarında rusiyalı turistlərin ən çox üstünlük verdiyi turism mərkəzləri müəyyənləşib.
"Cebheinfo.az" xəbər verir ki, Rusiya Tur Operatorları Assosiasiyasının (ATOR) məlumatına görə, rus turistlər may bayramında daha çox Türkiyə və Misirə üstünlük veriblər.
Ötən illə müqayisədə beynəlxalq tur satışlarında 28 faiz artım olub. 48 faizlə Türkiyə lider, 20 faizlə Misir, 13 faizlə BƏƏ, 7 faizlə Tailand və 5 faizlə Vyetnam bu sırada yer alıblar. Vyetnam ilk dəfə olaraq ən populyar istiqamətlər beşliyinə daxil olub.
Rusiya rublunun bahalaşması xaricdə istirahətə marağı artırıb. Daxili turizm 5 faiz artsa da, beynəlxalq səyahətlərə daha çox tələbat var. Hava nəqliyyatında yaranan fasilələr xüsusilə Türkiyəyə son dəqiqə sifarişlərinə təsir edib.
Turistlər tətillərini əvvəlcədən planlaşdırıblarlar. Tətilin orta müddəti 8,1 gecə olub. Turistlərin əksəriyyəti tətillərini 1-11 may tarixləri arasında keçirib.
İki nəfərlik paket turların qiyməti Türkiyə üçün 163-184 min rubl, Misir üçün 183-218 min rubl, BƏƏ üçün 203-275 min rubl, Maldiv adaları üçün 700-840 min rubl arasında olub.
Vyetnam, Maldiv adaları, Çin və Abxaziya kimi istiqamətlərdə artım müşahidə olunub. Yaponiya, Sinqapur, Cənubi Afrika, Qətər və İspaniya kimi bölgələr də diqqət çəkib. Avropada uzun sürən viza proseslərinə baxmayaraq, turist marağı davam edib.
Nigar
"Cebheinfo.az"