Şahzadənin oğlu zorlamada ittiham olunub

Şahzadənin oğlu zorlamada ittiham olunub

Norveç vəliəhd şahzadəsi Mette-Maritin oğlu Borq Heybi zorlama hadisəsində əli olduğu iddiası ilə saxlanıldığı bildirilib.

"Cebheinfo.az" xəbər verir ki, Oslo polisi verdiyi açıqlamada Borq Heybinin Osloda "huşunu itirmiş və ya başqa səbəblərdən hərəkətə müqavimət göstərə bilməyən birinə cinsi təcavüz etməkdə" günahlandırıldığını bildirib.

Polis rəsmiləri zorlama iddiasının vaxtı ilə bağlı məlumat paylaşmasa da, Norveç mediası kral titulu və ya rəsmi vəzifəsi olmayan Borq Heybinin ittihamı rədd etdiyini bildirib.

Zorlandığı iddia edilən qadının vəkili Hege Salomon müvəkkilinin “çətin günlər keçirdiyini” deyib.

Saxlanma hadisəsi ilə bağlı kral sarayından açıqlama verilməyib.

Bildirilir ki, Borq Heybi əvvəllər də vəsiqə olmadan avtomobil idarə etmək, başqalarına zərər vurmaq kimi müxtəlif qanun pozuntularında iştirak edib.

Nigar Hacılı 
"Cebheinfo.az"