Təyyarə suya düşdü: 5 yaralı

Təyyarə suya düşdü: 5  yaralı

ABŞ-nin Oreqon ştatında kiçik təyyarənin uçuş-enmə zolağından çıxaraq suya çırpılması nəticəsində 5 nəfər xəsarət alıb.

"Cebheinfo.az" xəbər verir ki, ABŞ-nin Cənub-Qərbi Oreqon Regional Hava Limanı qəza ilə bağlı açıqlama verib.

Açıqlamada Oreqondan Yutaya getməyə hazırlaşan 2019 model 'HA-420' tipli təyyarənin səhər saatlarında hava limanının uçuş-enmə zolağından çıxaraq suya düşdüyü bildirilib.

Təyyarə daha sonra sudan çıxarılıb və qəzada yaralanan 5 nəfər xəstəxanaya aparılıb.

Nigar Hacılı 
"Cebheinfo.az"