Türkiyədə yük və minik avtomobilləri toqquşub, ölən və yaralananlar var

Türkiyənin Qaziantep bölgəsində Şanliurfa-Qaziantep avtomobil yolunda yük və minik avtomobillərinin toqquşması nəticəsində bir nəfər ölüb, 2 nəfər yaralanıb.
Məlumatı “TRTHaber” yayıb.
Bildirilib ki, hadisə nəticəsində ölən 10 yaşlı qızın meyiti morqa aparılıb. Yaralılar Qaziantepdəki dövlət hospitalına yerləşdirilib.
Məlumata görə, minik avtomobili önündəki kamyona arxadan çırpılıb.
Cebhe.info