“Betis” - “Çelsi” finalının hakimləri bəlli oldu

UEFA Konfrans Liqasının finalında keçiriləcək “Betis” (İspaniya) - “Çelsi” (İngiltərə) matçının hakimləri bəlli olub.
“Qafqazinfo” UEFA-nın saytına istinadən xəbər verir ki, oyunu İrfan Peltonun (Bosniya və Herseqovina) rəhbərlik edəcəyi hakimlər briqadası idarə edəcək.
Ona yan xətdə Senad İbrisimbeqoviç və Davor Beljo kömək edəcək. 4-cü hakim funksiyasını isə türkiyəli Halil Umut Meler yerinə yetirəcək.
Qeyd edək ki, mayın 28-də Polşanın Vrotslav şəhərindəki “Wroclaw Stadium”da keçiriləcək həlledici qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
"Cebheinfo.az"