Hakim infarkt keçirdi: Xəstəxanada vəfat etdi

Hakim infarkt keçirdi: Xəstəxanada vəfat etdi

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyev dünyasını dəyişib.

"Cebheinfo.az"-ın məlumatına görə, bu gün infarkt keçirən S. Əliyev xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. 

Qeyd edək ki, S. Əliyev 2008-2016-cı illərdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi kimi fəaliyyət göstərib. 

2016-cı ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi idi. 

"Cebheinfo.az"