Davudoğlu buna görə Ərdoğana TƏŞƏKKÜR ETDİ

Davudoğlu buna görə Ərdoğana TƏŞƏKKÜR ETDİ

Türkiyənin Gələcək Partiyasının sədri Əhməd Davudoğlu PKK-nın özünü ləğv etməsi və silah buraxması ilə bağlı açıqlama verib.

“Cebheinfo.az” xəbər verir ki, siyasətçi buna görə Prezident Rəcəb Tayyib Ərdoğana və Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalıya təşəkkür edib.

O, bunun tarixi qərar olduğunu vurğulayıb:

“7 aydıq bu qərar üçün zəmin hazırlayanlara, başda Prezidentimizə, Dövlət Baxçalıya, Milli Kəşfiyyat Təşkilatına (MİT) və bu məsələ ilə bağlı dəstək bəyanları verənlərə təşəkkür borcluyuq”.

Davudoğlunun sözlərinə görə, prosesi zamanın axarına buraxmaq olmaz:

“PKK-nın silahları buraxması prosesi bu şəkildə həyata keçirilməlidir. Bu qərar verildikdən sonra ümumi mexanizmlə PKK ən qısa zamanda tərksilah edilməlidir. Çünki prosesin zamanla yayılması təxribatlara səbəb ola bilər”.

Elmir Mustafa
“Cebheinfo.az”