Nazirdən yeni təyinat

General-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.
"Cebheinfo.az" xəbər verir ki, Yasamal Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsinin müvəqqəti icrası Binəqədi Rayon 3-cü Yanğından Mühafizə Bölməsinin rəisi, daxili xidmət mayoru Şahmalı Əhmədova həvalə olunub.
Qeyd edək ki, Yasamal Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini Aqil Ağayev öz vəzifəsində qalır.
11:36
Fövqəladə Hallar Nazirliyinin (FHN) Yasamal Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib.
"Cebheinfo.az" "Qaynarinfo"ya istinadən xəbər verir ki, bununla bağlı nazir general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.
Nazirin müvafiq əmri ilə polkovnik-leytenant Aqil Ağayev vəzifəsindən azad olunaraq, paytaxtda yanğın bölmələrinin birinin rəisi təyin olunub.
Kəmaləddin Heydərovun digər əmri ilə Binəqədi Rayon 3-cü Yanğından Mühafizə Bölməsinin rəisi daxili xidmət mayoru Şahmalı Əhmədov Yasamal Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsinə gətirilib.
Qeyd edək ki, vəzifəsi hissə rəisindən bölmə rəisinə endirilən Aqil Ağayev ötən ilin avqust ayında Yasamal Rayon Yanğından Mühafizə Hissəsinin rəisi təyin olunmuşdu.
"Cebheinfo.az"