Mikayıl Cabbarov Gert Yan Koopman ilə görüşüb - FOTO

Mikayıl Cabbarov Gert Yan Koopman ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə baş direktoru Gert Yan Koopman ilə görüşüb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Mikayıl Cabbarov "X" hesabında məlumat verib:

"Görüş zamanı Aİ - Azərbaycan əməkdaşlığının yaşıl enerji, rəqəmsal iqtisadiyyat və dayanıqlı həllər istiqamətində genişləndirilməsinin əhəmiyyətini vurğuladıq".

"Cebheinfo.az"