Özünə biznes qurmaq üçün iki yaşlı oğlunu satışa çıxardı

Özünə biznes qurmaq üçün iki yaşlı oğlunu satışa çıxardı

Ukraynanın Dnipro şəhərində 20 yaşlı bir qadın, iki yaşlı oğlunu 1 milyon Ukrayna qrivnasına (təxminən 42 000 AZN) satmağa çalışarkən polis tərəfindən cinayət başında yaxalanıb.

“Cebheinfo.az” xəbər verir ki, qadın, əldə edəcəyi pulla öz şəxsi biznesini qurmaq istədiyini bildirib. 

Məlum olub ki, alıcı qadının tanıdığı bir şəxs imiş. Hadisə hüquq-mühafizə orqanlarının nəzarəti altında qeydə alınıb və uşaq Sosial Xidmətlər tərəfindən qoruma altına alınıb. Qadın insan alveri maddəsi ilə səkkiz il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu cür hadisə 2019-cu ildə Rusiyada da baş vermişdi.aHəmin vaxt 23 yaşlı bir qadın, şəxsi münasibətlərinə maneə kimi gördüyü övladlarını satmaq istəmişdi.

Digər tərəfdən, Ukrayna daşıyıcı ana xidmətlərinin qanuni və geniş yayıldığı ölkələrdən biridir.

Lakin bu hal uşaqların ticarət obyektinə çevrilməsi ilə nəticələndiyi üçün cəmiyyətdə ciddi etik müzakirələrə səbəb olur.

Əfsanə Rəcəb
“Cebheinfo.az”