SON DƏQİQƏ: PKK özünü buraxdığını elan etdi - YENİLƏNDİ

PKK qərarını bu sözlərlə açıqlayıb:
“Qurultayımızın PKK-nın ləğvi və silahlı mübarizə üsuluna son qoyulması ilə bağlı qəbul etdiyi qərar daimi sülh və demokratik həll üçün güclü zəmin yaradır.
Bu mərhələdə Türkiyə Böyük Millət Məclisinin üzərinə tarixi məsuliyyət düşür. Parlamentdə təmsil olunan bütün siyasi partiyaları, başda hökuməti və ana müxalifət partiyasını, vətəndaş cəmiyyəti təşkilatlarını, dini və inanc icmalarını, demokratik mətbuat təşkilatlarını, fikir liderlərini, ziyalıları, alimləri, sənətçiləri, fəhlə-işçi birlikləri, qadın-gənclər təşkilatlarını, ekoloji hərəkatları məsuliyyəti öz üzərinə götürməyə, sülh və demokratik cəmiyyət prosesində iştirak etməyə çağırırıq”.
10.18
PKK özünü buraxdığını elan edib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Türkiyə mətbuatının yazdığına görə, PKK-nın 5-7 may tarixində keçirilən qurultayının nəticələri elan edilib.
Bu nəticəyə görə, PKK özünü ləğv edib ,silahı buraxdığını açıqlayıb.
Xatıradaq ki, bu barədə ötən həftə anons edilmşdi.
Xəbər yenilənir.
Elmir Mustafa
"Cebheinfo.az"