Naxçıvanda evdən 22 min dollar oğurlandı

Naxçıvanda evdən 22 min dollar oğurlandı

Şərur rayonu ərazisində yerləşən evlərin birindən 22800 dolların oğurlanması barədə polisə məlumat daxil olub.

"Cebheinfo.az" xəbər verir ki, Şərur Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən 31 yaşlı Rauf Zeynalzadə və Məhəmməd Mahmudov saxlanılıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.

"Cebheinfo.az"